Связаться с нами +994 70 292 00 99,   info@eks.az

EKS.AZ-la Kimlər Partnyorluq edə bilərlər?

Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə uyğun olaraq fəaliyyət göstərən, EKS.AZ İstifadəçilərinə keyfiyyətli xidmət və real endirim (endirimlər) edəcək biznes qurumları EKS.AZ-la Partnyorluq edə bilər.

EKS.AZ-la Partnyorluqdan gözləntilər:

Əgər Siz EKS.AZ İstifadəçilərinə (EKS.AZ Endirim Kuponu və Dost Kuponu sahiblərinə) keyfiyyətli xidmət və real endirimlər edərsinizsə, İstifadəçilərimizin hesabına öz müştərilərinizin sayını artıra və EKS.AZ-ın imkanlarından istifadə etməklə əhaliyə öz xidmət və mallarınız barədə məlumatlandırma imkanınız daha da genişlənmiş olar.

EKS.AZ-ın iş prinsipi ilə əyani tanış olmaq üçün nə etmək lazımdır?

Bizə saytımız, e-mailimi vasitəsi ilə yazılı, və ya saytımızda göstərilmiş telefon nömrəsi vasitəsi ilə müraciət edə bilərsiniz. Hər iki tərəf üçün uyğun zamanda nümayəndəmiz Sizə EKS.AZ-ın necə işlədiyini əyani nümayiş etdirəcək. Bundan sonra EKS.AZ-la Partnyorluğa qərar verəcəyinizə əminik.

EKS.AZ Endirimli Kupon Sistemində Partnyor barədə məlumatlar nə vaxt görünməyə başlayır?

Siz EKS.AZ-la xidmət müqaviləsi imzaladıqdan sonra barənizdə olan məlumatlar EKS.AZ Endirimli Kupon Sisteminin mobil əlavəsində və bundan bir neçə dəqiqə sonra www.eks.az veb saytımızda görünəcək.

EKS.AZ-ın üstünlükləri:

  1. EKS.AZ Endirimli Kupon Sisteminin mobil əlavəsinə müvafiq məlumatların daxil edilməsi üçün giriş imkanı;

  2. EKS.AZ Endirimli Kupon Sisteminə endirimli qiymətlərlə göstərdiyiniz xidmət sahələrinə və ya satdığınız mallara uyğun məlumatların daxil edilməsi (daxil etdiyiniz məlumatlar bir neçə dəqiqə sonra veb saytımızda görünür);

  3. EKS.AZ Endirimli Kupon Sisteminin Sizə aid səhifəsində istəyinizə uyğun slayderdə çıxması üçün göndərəcəyiniz şəkillərin tərəfimizdən sayta yüklənməsi, göstərdiyiniz xidmətlər barədə məlumatların yerləşdirilməsi, Sizi veb saytın istifadəçilərinə tanıdacaq videorolikiniz (videoolikləriniz) varsa, onun (onların) sayta yüklənməsi;

  4. EKS.AZ Endirimli Kuponlarını mobil əlavəmizlə yanaşı veb saytımızdan əldə etmək imkanı.

 Partnyorluq üçün müraciət edin