Bizimlə əlaqə +994 70 255 07 11,   info@eks.az
Xəbərlər

Genital kondilomalar.

Hörmətli EKS.AZ istifadəçiləri və saytımızın izləyiciləri,

2 gün əvvəl dəri-zöhrəvi həkimi Azər Şamilovun İnstaqram səhifəsində maraqlı bir yazı oxudum. Yazının əsasən xanımlar üçün faydalı olacağını nəzərə alaraq, həkim A.Şamilovdan onun EKS.AZ istifadəçiləri ilə paylaşma iznini aldım. İcazə verdiyi üçün A.Şamilova təşəkkür edirəm!

Sağlam olmağınız diləyi ilə, EKS.AZ Endirimli Kupon Sisteminin layihə rəhbəri Mikayıl Qarayev

Genital kondilomalar.

Genital kondilomalar həm tibbi həm də sosial olaraq ən aktual mövzulardan biridir. Tibbi olaraq aktual olmasının səbəbi, genital kondilomalı qadınlar kosmetik cəhətdən cox narahat olduqları üçün həkimlərə müraciət edirlər. Həm də genital kondilomalara səbəb olan HPV virusu (Human Papilloma Virusu) həm də uşaqlıq boynu xərçəngi səbəbidir.
Genital kondilomalar nə üçün sosial olaraq aktual mövzudu? Çünki kosmetik səbəblərdən ötrü həkimə müraciət edən xəstələrlə yanaşı ''Doktor, görəsən ərim mənə xəyanət edibmi?'' sualıyla muraciət edən xəstələr də az deyil . Bu yazıda biz son sualın cavabını verməyəcəyik, ancaq genital kondilomalar haqqında bilmək istədiklərinizi ümid edirik ki, öyrənəcəksiniz.
Genital kondiloma qadın xarici cinsiyyət orqanında eləcə də uşaqlıq yolunda ziyilə bənzər, bəzən tək, bəzən də cox sayda rast gəlinən ağrısız törəmələrdir (kişi cinsiyyət orqanında da rast gəlinə bilər). Yuxarıda da qeyd olunduğu kimi genital kondilomalar HPV virusunun səbəb olduğu infeksion törəmələrdir. Yəni əslində bir infeksion xəstəlikdir. Yalnız fərqli olaraq HPV virusu mukoza hüceyrələrinə daxil olaraq, burada səssiz qala bilər və zaman-zaman aktivləşərek müxtəlif infeksiyalara yol aca bilir.
Genital kondilomalar cinsi yolla keçən infeksion xəstəliklər qrupuna daxildir. Yəni bu virusu daşıyan şəxsin partnyoru cinsi əlaqə zamanı cinsi yolla keçən müxtəlif infeksion xəstəliklərə yoluxa bilər. Elə bu səbəbdən də, genital kondiloması olan şəxslərdə cinsi yolla keçən digər infeksion xəstəliklərin müayinəsi vacib ve mütləqdir.
Genital kondilomaları olan qadınlar adətən özlərində uşaqlıq boynu xərçəngi olub-olmamasından çox narahat olurlar. Elmi araşdırmalar göstərmişdir ki genital kondilomaları olan xəstələrdə uşaqlıq boynu xərçənginin olması riski normal populyasiya ilə müqayisədə daha yüksəkdir. Uşaqlıq boynu xərçənginin qarşısının alınmasında smear (yaxma) müayinə müvəffəqiyyətlə tətbiq edilir. Yaxma müayinəsi sayəsində artıq bu nəticə sübut edilmişdir ki, uşaqlıq boynu xərçəngi qarşısı alına bilən bir xərçəng növüdür.
Əgər Siz hamiləsinizsə, və ya mualicə dövründə hamiləlik planlaşdırırsınızsa, həkiminizə bu barədə mütləq bildirin. Çünki genital kondilomaların müalicəsində istifadə edilən bəzi dərman vasitələrinin hamiləlik dövründə əks gösterişləri var.

Əlavə məlumat əldə etmək üçün dəri-zöhrəvi həkimi Azər Şamilovla əlaqə: +994 50 335 99 85