Bizimlə əlaqə +994 70 255 07 11,   info@eks.az
Xəbərlər

18 Oktyabr - Müstəqillik günümüzdür

18 oktyabr Azərbaycanın Dövlət Müstəqilliyi günüdür. 27 il bundan öncə, 18 oktyabr 1991-ci ildə Azərbaycan Ali Sovetinin sessiyasında  “Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı” qəbul olundu. Bu mühüm tarixi hadisədən bir müddət sonra, 29 dekabr 1991-ci ildə Referendum bülletenində "Siz "Azərbaycanın dövlət müstəqilliyi haqqında Azərbaycan Respublikası Ali Sovetinin qəbul etdiyi Konstitusiya Aktı"na tərəfdarsınızmı?" sualının yazıldığı ümümxalq səsverməsi keçirildi. Səsvermə hüququ olanların 95%-i dən çoxu referendumda iştirak edərək respublikanın dövlət müstəqilliyinə tərəfdar çıxdı. Beləliklə bu mühüm tarixi sənədlə Azərbaycan xalqı 70 il sonra yenidən öz müstəqilliyini bərpa etdi və “Bir kərə yüksələn bayraq bir daha enməz” şüarını doğrultmuş oldu.

Hörmətlə, EKS.AZ komandası