Bİzİmlə əlaqə +994 70 292 00 99,   info@eks.az
Xəbərlər

14 fevral - Müqəddəs Valentin günüdür.

Dünyanın bir çox ölkələrində bu gün sevgililər günü kimi qeyd edilir. Hər bir insan öz yarını tapmaq üçün sevgi "xəstəliyi"nə tutulmağa can atır. Sevgi insanın yaşadığı ən gözəl hisslərdən biridir. İnsan sevdiyi ilə nəfəs almağı, onunla sevincini, kədərini, sirrini bölüşməyi öyrənir. Sevən insan dəyişər, daha çox qayğıkeş, mərhəmətli və həyatsevər olar. Sevməyən insanların qəlbində isə bir boşluq olar, onlar bu boşluğu ancaq sevib-sevildikləri zaman doldura bilərlər. İnsan ancaq sevib-sevildikdə özünü tam xoşbəxt hiss edər. Təkcə biz insanlar deyil, Kainatda mövcud olan bütün canlı və cansızlar sevgidən yaradıldı.

Əziz sevgililər, sevib-sevilməyi bacaranlar, nəinki bu gün, əslində hər gün Sizin gününüzdür. Hər gününüzü bir ömür qədər xoşbəxt və mənalı yaşayın! Unutmayın ki, həyat yaşandıqca gözəl olar. Gününüz mübarək!

Xoş arzularla, EKS.AZ komandası.