Bizimlə əlaqə +994 70 255 07 11,   info@eks.az
Xəbərlər

ENDEMİK UR - ZOB XƏSTƏLİYİ

Müəyyən ərazidə yaşayan əhali arasında qalxanabənzər vəzin proqressiv böyüməsi və onun funksional aktivliyinin dəyişməsi ilə xarakterizə olunan bir uygunlaşma reaksiyasıdır. Müəyyən coğrafi ərazidə yaşayan populyasiyanın 10%-dan çox yod çatmazlığına bağlı qalxanabənzər vəzidə böyümə varsa endemik ur olaraq adlandırılır.

Rastgəlmə tezliyi

Ümumi populyasiyada ur 15,8% rast gəlinir. Qadınlarda kişilərə nisbətən daha çox - 6:1 nisbətində olur. Yaş ilə ur arasındakı bağlılıq yod çatmazlığına və orqanizmin yoda olan tələbatına bağlıdır.

Etiologiya

Qalxanabənzər vəzin həcminin böyüməsinə səbəb olan faktorlar:

  •  Kimyəvi və radioaktiv maddələrlə çirklən­miş zonalarda tiroid fermentlərin sintezində iştirak edən hor­mon­ların bloku baş verir.
  • Strumogen təsirə malik sular, qida məhsulları, kimyəvi maddələr yodun neytrallaşmasına, onun orqanizm tərəfindən qəbulunun zəifləməsinə və hormon sintezində iştirak edən fermentlərə (peroksidaza) tormozlayıcı təsir göstərir.
  • Yaş,hamiləlik, oral-kontraseptivlər, alkoqol, siqaret, A-avitaminozu, və digər təsirlər.
Gedişi və ağırlaşmaları
  • Vəzin həcminin böyüməsi nəticəsində aşağıdakı patologiyalar meydana çıxır:

Ağır en­de­mik zonalarda hipotireoz.

  • Traxeya sıxılır, öskürək və dispnoe başlayır.
  • Daha az halda qida borusu sıxılır, udma zamanı tıxanma hissi yaranır.
  • Nadir halda Nervus recurrens sıxılarsa səs kobudlaşır.
  • Damar sistemi- vidaci, körpücükaltı, hətta yuxarı boş veneya sıxıcı təsir göstərir. Döş daxili böyümədə sıxıcı təsir daha şiddətli olur. Xəstə əllərini yuxarı başı üstünə qaldırdıqda özünü pis edir, üzündə sianoz əmələ gəlir (Pemberton sindromu).
  •  Kretinizm:
Klinika
  •  Endemik urun klinik əlamətləri həmişə qabarıq, şiddətli olmur. Klinik əlamətlər endemik faktorun ağırlığından asılıdır.
  •  Məktəb yaşlı uşaqlarda qalxanabənzər vəzi böyüməyə başlayır, lakin heç bir şikayəti olmur. Cinsi yetişkənlik dövründə orqanizmdə hormonal sistem aktivləşdikdə qalxanabənzər vəzin həcmi görünə biləcək dərəcəyə çatır, şikayəti olmur, ancaq estetik görünüşü dəyişir.
  •  Qadınlarda xüsusilə hamiləlikdən sonra zaman keçdikcə qalxanabənzər vəz böyüməyə başlayır. Bu zaman daha çox psixoloji (Globus histericus) şikayətlər (boğulma hissi, boğazda sıxılma, əsəbilik və s.) xüsusilə qalxanabənzər vəziyə aid olmayan şikayətlər olur.
Diaqnostikası.

Şübhə

Boynun ön nahiyəsində şişkinlik, tənginəfəslik, boğulma və boğazda sıxılma hissi endemik ura şübhə yaradan göstəricilərdir.

Diaqnostik meyarlar

  •  Ultrasəs müayinəsində vəzin həcminin artması
  •  Sidikdə yodun miqdarının normadan az olması
  •  TSH-ın normadan çox olması
  •  TSH yüksəksə anti-TPO və anti-TQ təyin edilməlidir. Eutiroid urda 15-20% hallarda anti-TPO, anti-TQ müsbət ola bilər.
  •  KT və MR-in intratorasik böyüyən qalxanabənzər vəzin aşkarlanması və həcminin təyinində xüsusi əhəmiyyəti var. Digər tərəfdən çox böyük urda traxeya, qida borusu, damarlara və ətraf toxumalara olan təzyiqi və bədxassəli şişlərdə invaziyanı müəyyən edir.
Müalicə.

Endemik urda illər uzunu qalxanabənzər vəzi tədricən böyüdüyündən xüsusi şikayət etməzlər, ancaq estetik görünüşü dəyişdirir. Boyun orqanlarına (qida borusu, traxeya və damarlara) sıxıcı təsir göstərərsə 3 müalicə formasından biri seçilir

  1. Dərman müalicəsi;
  2. Cərrahi müalicə;
  3. Radioyod müalicəsi

Məlumat tibb üzrə fəlsəfə doktoru, həkim-cərrah-endokrinoloq Azər Hümmətov tərəfindən təqdim edildi.

Əlaqə: +994 50 315 71 73