Bizimlə əlaqə +994 70 255 07 11,   info@eks.az
Xəbərlər

Respublika Narkoloji Mərkəzində baş vermiş yanğın barədə.

Bildiyiniz kimi, 02.03.2018-ci il tarixdə səhər saatlarında Bakı şəhərinin Xətai rayonunda yerləşən Respublika Narkoloji Mərkəzində faciə ilə nəticələnən yanğın hadisəsi baş vermişdir. Yanğın zamanı 30 nəfərin həyatını xilas etmək mümkün olsa da, təəssüf ki, stasionar müalicə olunan 25 nəfərin meyiti aşkar edilmişdir.
Respublika Baş Prokurorluğu, Fövqəladə Hallar, Səhiyyə və Daxili İşlər nazirliklərinin birgə məlumatında mərkəzin birmərtəbəli korpusunda 06:10 radələrində başlamış yanğını saat 08:30 radələrində söndürməyin mümkün olduğu və həyata keçirilən tədbirlərin Azərbaycan Respublikası Prezidentinin şəxsi nəzarətində olduğu qeyd edilir. (Məlumatla buradan tanış ola bilərsiniz. Məlumatla buradan tanış ola bilərsiniz. Məlumatla burada tanış ola bilərsiniz.) Eyni zamanda Respublika Baş Prokurorluğunun Mətbuat Xidmətinin məlumatında zərərkəçmişlərin və hadisə şahidlərinin aidiyyəti qurumlar üzrə qeyd edilmiş qaynar xətlərə müraciət emələri xahiş edilmişdir. (Məlumatla buradan tanış ola bilərsiniz.)
www.president.az saytının məlumatına əsasən, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev səhər saatlarında dövlətin digər yüksək vəzifəli şəxsləri ilə birlikdə  hadisə yerində olmuşdur. (Məlumatla burada tanış ola bilərsiniz) Bununla yanaşı, hadisədən az müddət sonra "Respublika Narkoloji Mərkəzində baş vermiş yanğın ilə əlaqədar Dövlət Komissiyasının yaradılması haqqında" Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Sərəncam imzalamışdır. (Sərəncamla burada tanış ola bilərsiniz)

Faciə zamanı həyatını itirmiş şəxslərin ailə üzvlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, bir daha belə faciələrin yaşanmamasını Allahdan diləyirik.