Bizimlə əlaqə +994 70 255 07 11,   info@eks.az
Xəbərlər

DÜYÜNLÜ UR - DÜYÜNLÜ ZOB XƏSTƏLİYİ.

Tərifi

Qalxanabənzər vəzidə müxtəlif morfoloji xarakteristikaya malik bütün ocaqlı törəmələri əhatə edən klinik anlayışdır.

Rastgəlməsi
  • Ümumi populyasiyada palpasiya edilən qalxanvari vəzi düyünləri qadınlarda 10%, kişilərdə 2%-dir. Kliniki əlaməti olmayan qalxanvari vəzi düyünlərinin USM ilə aşkarlanması 20-76% təşkil edir.
  • Solid düyünlərin  80%-i  kolloid düyünlər, kistalar və tiroiditlərda -xoşxassəli, 10-15% -i folikulyar törəmələr və 5% isə bədxassəli olur.
Etiologiya və patogenez
  • Düyünün əmələ gəlməsində: orqanizmə yodun xronik az daxil olması,  irsi faktorlar, follikulyar epi­te­lidə yüksək proliferasiya ,İnsu­linəbənzər böyümə faktoru mühüm rol oynayır.
  • Düyünün əmələ gəlməsində immun sisteminin  əhəmiy­yəti çox böyükdür. Vəzin düyünlü törəmələrinin histoloji müa­yinəsində 96% hallarda  limfositar infiltrasiyanın möv­cudluğu immunitetin rolunu təsdiq edir. Bununla yanaşı düyünlü pato­lo­giyalar zamanı T-helper və T-supressorların dis­­balansı müəy­yən olunur.
Gedişi və ağırlaşmaları
  • Qalxanvari vəzi düyünlərinin 90%-i xoşxassəli, 5-10%-i bədxassəli olur.
  • Düyündaxili qanaxma, maliqinazisiya , ətraf toxuma və orqanlara kompressiya törədə bilirlər
  • Baş və boyun nahiyəsi radiasiyaya məruz qalanlarda bədxassəli riski artır
  • Yaşın 14-dən kiçik, 70-dən böyük və  kişi cinsiyyəti olması bədxassəli riskini artıran amillərdir.
Klinikası
  • Qalxanvari vəzi düyünləri əksər hallarda simptom törətmirlər, təsadüfi müayinələrdə tapılırlar
  • Bəzi xəstələrin palpasiyası zamanı boyunda kütlə olduğu təsbir edilır
  • Düyünlər böyük ölçüyə çatdıqda sıxılma və boğulma hissi verirlər
Diaqnostikası

Dəqiqləşdirmə

  • Görüntüləmə üsulları qalxanabənzər vəzi düyünlərini 100% dəqiqləşdirməyə imkan verir.
  • Diaqnozu dəqiqləşdirmək üçün USM və İİAB müayinələri aparılır
  • Düyünlərin funksional fəliyyətini yoxlamaq üçün tireoid hormonları və ssintoqrafiya aparılması göstərişdir.
  • Larinqoskopiya həm xoş,  həm də bədxassəli  düyünlərin öncədən var olan səs dəyişikliklərini təsbit etmək üçün aparılır.
Müalicə

Müalicə prinsipləri: Cərrahi, tibbi müalicə və izləmə

Cərrahi müalicə

  • Cərrahi əməliyyat.
  • Xoşxassəli düyünü olan xəstələrdə  düyünlərin destruksiyası üçün etanol spirti ilə skleroterapiya, radiotezlikli dalğalarla və lazer şüaları ilə ablasiya istifadə oluna bilər.

Tibbi müalicə

Tibbi müalicənin iki seçimi vardır:

Levotiroksin müalicəsi ilə TSH-ın supressiyası  və ya radioaktiv yod(Y131) ilə ablasiya

İzləmə

  • Sitoloji müayinənin nəticələrinə görə xoşxassəli dəyişik­lik­lər təyin edilmiş xəstələr dinamiki müşahidədə (6-18ay) saxlanıl­malı­dır. Bu müddətdə düyündə böyümə olarsa ikinci biopsiya aparılmalıdır. Düyündə böyümə həcminin 20%-dan çox artması qəbul edilir. Nəticə təkrar xoş gələrsə yenə müəyyən müddətə USM ilə nəzarət aparılmalıdır
  •  Düyünün ölçüləri 1 sm-ə qə­dər olduqda daimi müşahidə ön plana çıxmalıdır.

Məlumat tibb üzrə fəlsəfə doktoru, həkim-cərrah-endokrinoloq Azər Hümmətov tərəfindən təqdim edildi.

Əlaqə: +994 50 315 71 73