Bizimlə əlaqə +994 70 255 07 11,   info@eks.az
Xəbərlər

Trixotillomaniya - saç yolma, tük qoparma və onları çeynəmə.

Trixotillomaniya - sadə dillə desək başdan və bədənin digər hissələrindən saç və tük qopartmaq - rast gəlinən psixoloji pozuntulardan biridir. Bu problem tibbi cəhətdən daha çox insanın psixoloji vəziyyəti ilə əlaqədar olur. Saç və tük qoparan insanların hiss etdikləri gərginlik şox yüksək səviyyədə olur. Məhz bu səbəbdən də həmin insanlar sosial həyatdan uzaq olurlar. Saç və tük qoparma yanaşı olaraq barmaq sormaq, diş qıcama və digər vərdişlərə də təkan ola bilir. Stres, sıxıntı, həyəcan anında da tük qoparma vərdişi ortaya çıxa bilər. Bu insanlar əsasən hər hansı işlə məşğul olarkən gördükləri işin fərqinə varmadan saç və tüklərini qoparmağa, bəzən isə qopardıqları saçı və ya tükü çeynəməyə başlayırlar.
Trixotillomaniyadan əziyyət çəkən insanlar arasında yaş fərqi yoxdur. Bu problem qadınlar arasında daha geniş yayılsa da, estetik eybəcərlik onları vaxtında psixoloqa müraciət etməyə vadar edir. Kişilərdə isə erkən keçəllik daha çox sosiallaşmış xarakter aldığı üçün, onlar qadınlarla müqayisədə psixoloqa müraciət etməyə bir o qədər də meyilli olmurlar.
Trixotillomaniyanın dərinləşməsi zamanı fərd özünə qarşı inamı itirir, özünə qapanma və depresiya kimi hallardan əziyyət çəkir. Bu psixoloji pozuntunun da digər pozuntular kimi vaxtında qarşısı alınmalıdır. Bunun üçün dəri-zöhrəvi həkimi və psixoloqun birgə müalicəsi gözəl nəticə verir.
Müalicə üsulu kimi azyaşlı uşaqlarda oyun terapiyası və art-terapiya müsbət nəticə verir. Böyük insanlarda isə Erikson hipnozu ən effektiv metod hesab edilir. Bundan başqa, uşaqlarda və böyüklərdə müalicə müddətində gərginliyi aradan qaldırmaq və barmaqları məşğul etmək üçün kiçik şüşə kürələrdən, rezin toplardan istifadə edilir.
Övladlarınızda və yaxınlarınızda trixotillomaniyanın əlamətlərini - saç yolma, tük qoparma və onları çeynəmə kimi halları müşahidə etdikdə, vaxt itirmədən psixoloqa müraciət etməyiniz tövsiyyə edilir.