Связаться с нами +994 70 255 07 11,   info@eks.az
Новости

Xocalı soyqırımı qan yaddaşımızdan silinməyəcək.

1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə insanlığa qarşı növbəti cinayət törədildi. Həmin gecə Sovet Ordusundan Xankəndində qalmış 366-cı motoatıcı alayın dəstəyi ilə erməni yaraqlıları Xocalı şəhərinə hücum etdilər və əliyalın dinc əhaliyə ağlagəlməz divan tutdular. Xocalı soyqırımı nəticəsində 613 nəfər qətlə yetirildi, 487 nəfər isə yaralandı. Soyqırımda 8 ailə tamamilə məhv edildi, 63 uşaq, 106 qadın, 70 yaşlı insan işgəncə ilə öldürüldü. 25 uşaq hər iki valideynini, 130 uşaq bir valideynini itirdi. 1275 nəfər girov götürüldü, 150 nəfər isə itkin düşdü.
Xocalı soyqırımından 26 il ötməsinə baxmayaraq, hər birimiz bu hadisəni hər dəfə ürək ağrısı ilə xatırlayırıq. Xocalı soyqırımının anım günündə Allahdan bütün şəhidlərimizə rəhmət diləyirik! İnanırıq ki, illər ötsə belə Haqq öz yerini tutacaq... itirdiyimiz soydaşlarımızı geri qaytara bilməsək də, işğal altında olan torpaqlarımızı geri qaytarmaqla yanaşı, Xocalı Soyqırımını törədənlər öz layiqli cəzalarına çatacaq.