Связаться с нами +994 70 255 07 11,   info@eks.az
Новости

Autoimmun tiroiditli xəstələrin yaşam tərzi.

Haşimoto xəstəliyi son illər bütün dünyada artmaqdadır. Bu xəstəliyin azalmasına doğru bir tentendisiya qeyd olunmur. Azərbaycan əhalisi arasında da bu xəstəlik durmadan artır.
Haşimoto tiroiditində qalxanabənzər vəzi hüceyrələri zədələnir və bu da hipotireozla (vəzin fəaliyyənin azalması) nəticələnir. Bu xəstələrin əsas şikayətləri: halsızlıq, yorğunluq, əzələ ağrıları, kökəlmə, saç tökülməsi, dəri quruluğu, qəbizlik,  səhər yuxudan oyanmada çətinliyin olması, qəmginlik, yuxu pozğunluğu və s. olur. Həmçinin qalxanabənzər vəzinin çıxarılması əməliyyatından sonrada hipotireoz əmələ gəlir.
Hipotireozlu pasiyentlərə sintetik tiroid hormonu verilir. Ancaq burada problem hormon dərmanı qəbul etməsinə baxmayaraq, xəstələrin bu şikayətlərinin tam keçməməsidir. Bu  prosesin normal ola bilməsi üçün qidalanmanın sağlıqlı olması vacibdir. Bu  xəstələrə rafinə olunmuş qidalar, fast-food, glüteyin tərkibli və  konservləşdirilmiş məhsullar, şəkərdən uzaq olması tövsiyyə olunur.
Belə ki, selen, vitamin D, minerallar həkim nəzarəti altında qəbul olunmalıdır. Əlavə minerallar və vitaminlərlə yaxşılaşma əldə olunduqdan sonra bu xəstələrə infraqırmızı lazerlə yerli müalicə aparılır. Yerli lazer müalicəsində istifadə olunan infraqırmızı lazer qalxanabənzər vəzin qanla təchizatını artırır,  iltihabı azaldır və xəstələr özlərini daha yaxşı hiss edirlər.

Məlumat Azərbaycan Tibb Universitetinin əməkdaşı, Tibb üzrə fəlsəfə doktoru, cərrah-endokrinoloq Azər Hümmətov tərəfindən təqdim edildi.

Əlaqə üçün: +994 50 315 71 73