Bizimlə əlaqə +994 70 255 07 11,   info@eks.az
Haqqımızda
EKS.AZ Endirimli Kupon Sisteminin yaradılması barədə ideya ilk dəfə 2016-cı ilin aprel ayında ortaya çıxmışdır. Əvvəlcə EKS.AZ mobil əlavəsinin hazırlanması üçün bir qrup mütəxəssis bu işə cəlb edildi.  2016-cı ilin sentyabr ayında android sistemində çalışan mobil telefonlar üçün mobil əlavənin hazırlanmasına start verildi. Həmin mobil əlavə 2017-ci ilin aprel ayının 29-da Play Marketə yerləşdirildi.
Hazırlanmış ilk mobil əlavədə ancaq özəl tibb müəssisələri ilə partnyorluq və onların endirimli xidmətlərinin İstifadəçilərimizə əlçatanlığı nəzərdə tutulurdu. Lakin qısa müddətdən sonra xidmət sahələrinin genişləndirilməsi üçün mobil əlavəyə dəyişiklik edilməsinə qərar verildi. Dəyişikliklərdən sonra mobil əlavəyə nəinki özəl tibb müəssisələrinin xidmətləri, eyni zamanda əhaliyə keyfiyyətli xidmət göstərən və real endirimlər təklif edən bir çox biznes qurumları ilə Partnyorluq mümkün oldu.
EKS.AZ mobil əlavəsi istifadəyə verildikdən bir neçə ay sonra funksional veb sayta ehtiyac yarandı. Bunun üçün komandamıza yeni mütəxəssis dəvət edildi. 2017-ci ilin iyul ayında funksional veb sayta start verildi və onun ilk versiyası sentyabr ayının ortalarında istifadəyə verildi. Partnyorlarımızın daxil etdiyi məlumatları bir neçə dəqiqə sonra artıq veb saytda görmək mümkün idi.
Biz bununla da öz işlərimizi bitirmədik. EKS.AZ mobil əlavəsində dəyişikliklər etmək məcburiyyətində qaldıq. Təcrübə göstərdi ki, EKS.AZ mobil əlavəsini telefonlarına yükləyən insanların hər üç nəfərindən ikisi qeydiyyat üçün sms alsa da, onlardan yalnız biri öz məlumatlarını daxil etməklə Qeydiyyatdan keçirdilər. Bu səbəbdən ikinci dəfə daha böyük dəyişikliyə getmək məcburiyyətində qalaraq, EKS.AZ mobil əlavəsində Qeydiyyat prosesini ləğv etməli olduq. Başlanğıc və "Xəbərlər" bölməsində dəyişiklik ediləcək EKS.AZ-ın Qeydiyyatsız versiyasının hazırlanmasına 2017-ci ilin noyabr ayının əvvəllərində start verilərək, Play Marketə yüklənməsi 05.12.2017-ci ildə mümkün oldu.
Sonrakı mərhələdə aylarla üzərində işlədiyimiz funksional veb saytımızın indiki versiyasını tamamlayıb 02.01.2018-ci il tarixdə istifadəyə verdik. Artıq istənilən şəxs veb saytımıza daxil olmaqla nəinki Partnyorlarımızın daxil etdiyi məlumatları görə bilər, eyni zamanda veb saytımızdan EKS.AZ Endirimli Kuponunu əldə edə bilər.
Saytımızın hörmətli qonağı, EKS.AZ komandası olaraq, daim yenilənən mobil əlavəmiz və veb saytımızla hər addımda İstifadəçilərimizi və Partnyorlarımızı düşündük. Çünki, İstifadəçilərimiz və Partnyorlarımız olmadan EKS.AZ Endirimli Kupon Sistemini yaşatmaq, onu inkişaf etdirmək mümkün deyil.
Hazırda EKS.AZ komandasının mütəxəssisləri İOS sistemində çalışan mobil telefonlar üçün (iphone) mobil əlavə üzərində çalışırlar. İnanırıq ki, Sizin hər birinizin mənəvi dəstəyi ilə EKS.AZ yaxın gələcəkdə uğurlu layihələrdən biri olacaq. Xoşbəxtlik böyük həyatın kiçik anlarında yaşanar. EKS.AZ endirimlərindən istifadə edin, ailə büdcənizə qənaət etməklə xoşbəxt anlarınız daha da çox olsun! Xoş arzularla, EKS.AZ komandası.