Bİzİmlə əlaqə +994 70 292 00 99,   info@eks.az
Partnyor şərtlərİ

ÜMUMI OFERTA MÜQAVILƏSI

Bu Ümumi oferta müqaviləsi EKS.AZ mobil tətbiqi vasitəsilə qeydiyyatdan keçmiş fiziki (bundan sonra “İstifadəçi”) və hüquqi şəxslərə (bundan sonra “Partnyor-admin” və ya “Partnyor-istifadəçi”) ünvanlanaraq EKS.AZ mobil tətbiqinin Təşkilatçısı arasında aşağıdakı şərtlərlə bağlanılır və Müqavilənin mətnində göstərilən münasibətləri tənzimləyir:

MÜQAVİLƏNİN PREDMETİ

Hazırki Ümumi oferta müqaviləsi mobil tətbiqin İstifadə şərtlərinin mətnində göstərilən və ümumiyyətlə Tərəflərin münasibətlərini tənzimləyən və ya Tərəflərin EKS.AZ mobil tətbiqinə dair münasibətlərini tənzimləyən müqaviləyə razılıq verməsinə Təşkilatçının rəsmi və ümumi təklifidir.

Bu Müqavilənin predmetini Təşkilatçının EKS.AZ Endirimli Kupon Sistemi partnyorlarının Azərbaycan Respublikası ərazisində müxtəlif xidmət və malların qiymətlərinə endirimlərini təklif edən və EKS.AZ mobil tətbiqi vasitəsilə qeydiyyatdan keçməklə əldə edilən EKS.AZ Endirim Kuponu (və ya Dost Kuponu) vasitəsi ilə İstifadəçiyə Partnyor tərəfindən təyin edilmiş xidmətlərin endirimli qiymətlərlə göstərilməsi və (və ya) malların endirimli qiymətlərlə satılması, İstifadəçi tərəfindən isə həmin xidmətdən istifadə zamanı razılaşdığı halda endirimli qiymətlə xidmətin və (və ya) malın haqqının ödənilməsi ilə bağlı münasibətlərin tənzimlənməsini təşkil edir.

Bu Müqavilə üzrə tərəflərin həyata keçirdikləri fəaliyyət sığorta və reklam fəaliyyəti, qiymətli kağızlarla əlaqəli əməliyyat, vasitəçilik, lotareya aksiyaların keçirilməsi ilə əlaqədar fəaliyyət təşkil etmir və bu cür münasibətlər yaratmır.